Azərbaycan Texnologiya Universitetində 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib
İclasda Azərbaycan Texnologiya universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və müvafiq struktur rəhbərləri iştirak edib.
İclasda imtahanlara hazırlıq səviyyəsi, imtahanların keçirilmə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirildi ki, imtahan sessiyasının 2 iyun 2023-cü il tarixdə başlaması və 5 iyul 2023-cü il tarixdə yekunlaşması nəzərdə tutulur. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, hər cür şərait təmin edilib.