Azərbaycan Texnologiya Universitetində (ATU) bu il qəbul olmuş tələbələrlə tanışlıq günü keçirilib.
Tanışlıq görüşü saat 11:00-dan etibarən müvafiq fakültələrdə və korpuslarda baş tutub. Dekanlar, dekan müavinləri yeni tələbələrə tədris prosesi, daxili qaydalar, müəllim heyəti, paraktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar, akademik məsləhətçilər barədə ətraflı məlumat veriblər.
Auditoriya və laboratoriyalar, İnnovasiya Mərkəzi, Kitabxana və Oxu zalları, İdman Klubu ilə tanış olan tələbələrə universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmaq tövsiyə edilib.
2023-2024-cü tədris ilində ATU-nun bakalavr pilləsinə 1051 nəfər tələbə qəbul olub.