Azərbaycan Texnologiya Universitetində 15 sentyabr bilik gününə həsr olunmuş tədbir keçirilib
Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldrılması ilə açıq elan olunub.
Daha sonra Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib, uğurlar arzulayıb. Vətənimizə, millətimizə layiqli olacaqlarına əminliyini ifadə edib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, universitetimizin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev çıxış ediblər.
Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Amal Əhmədovun anası Mehriban Əhmədova çıxış edərək qızı Əsmərin seçiminin Azərbaycan Texnologiya Universiteti olduğunu bildirib və öz sevincini bölüşüb.
Daha sonra vətən deyib təhsilini donduraraq haqq savaşına gedən şəhidimizin arzusunu gerçəkləşdirən bacısı, dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alacaq Əsmər Əhmədova çıxış edib.
Daha sonra İqtisadiyyat və İdarəetmə fakultəsinin birinci kurs tələbəsi Əliyev Atabəyin valideyni, Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Mətləb Əliyev, universitetimizin Qida Mühəndisliyi fakultəsinə ən yüksək balla qəbul olmuş Cəmilət Atayeva çıxış ediblər.
Sonda isə universitetimizə ən yüksək balla qəbul olmuş tələbələrə tələbə biletləri və mükafatlar təqdim edilib.