Azərbaycan Texnologiya Universitetində yeni yaradılmış İnnovasiya Mərkəzinə direktor təyin edilib.

Azərbaycan Texnologiya Universitetində yeni yaradılmış İnnovasiya Mərkəzinə direktor təyin edilib.

Bu vəzifəni Şamo Salayev yerinə yetirəcək.

Zülfiqar oğlu Salayev Şamo 1989-cu ildə aprel ayının 16-da Rusiya Federasiyasının Krasnodar vilayətində doğulub.

2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya mühəndisi ixtisası üzrə bakalavr, 2014-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) magistr məzunu olub.

Müxtəlif illərdə təsisçisi olduğu süni intellekt sahəsi üzrə ixtisaslaşan “E-box” MMC-də, “Gənclərin Tərəqqisinə Dəstək” və “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai Birliklərində müxtəlif vəzifələrdə (Elektron hökümət istiqaməti üzrə böyük məsləhətçi, direktor, sədr müavini, sədr) çalışıb.

BDU-nun Nanoaraşdırmalar Mərkəzində nanotexnalogiya sahəsi üzrə 4 il elmi tədqiqatla məşğul olub. Hazırda fərdi şəkildə “Nanotexnologiyanın tibb və sənaye sahəsinə tədbiqi” (xərçəngin müalicəsi) üzrə elmi tədqiqat işi aparır.

269 dəfə oxunub