Azərbaycan Texnologiya Universitetində “Əcnəbilər və vətandaşlığı olmayan şəxslərin hüquq və vəzifələri: Miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində “Əcnəbilər və vətandaşlığı olmayan şəxslərin hüquq və vəzifələri: Miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova, Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov, Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Omar Omarov, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru Xanlar Əsgərov iştirak edib.
Tədbirdə Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər” adlı məruzələrlə çıxış ediblər.Tədbirin sonunda geniş müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

278 dəfə oxunub