UTECA tələbəsi mükafatlandırılıb

UTECA tələbəsi mükafatlandırılıb

Azərbaycan Texnologiya UniversitetininKommersiya ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbəsi Qalib Quliyev AzərbaycanRespublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafınaDövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsindəmükafatlandırılıb. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsihaqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlimövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı "Xocalı soyqırımındaəsirlərin bir-birinə köməklikləri" adlı yazısı lll yerə layiq görülüb.

Qalib Quliyev KİVDF-nin təşkil etdiyi müsabiqələrdəümumilikdə 1 dəfə I yerin, 5 dəfə III yerin qalibi olub.

Qeyd edək ki, Qalib Quliyev “Xocalının səsi” qəzetininredaktoru və Xocalı rayon Kosalar kənd tam orta məktəbində informatika müəllimivəzifəsində çalışır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimaiBirliyinin İdarə Heyətinin üzvüdür.

389 dəfə oxunub