UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər

UTECA-nın müəllim kollektivi avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edirlər

Azərbaycan Texnologiya Universitetinin müəllim kollektivi UTECA-nın da tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak edirlər. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil ekspertləri arasında təhsilin keyfiyyəti barədə müzakirələr keçirilir. Bakı şəhərində reallaşan təlimdə UTECA-nı Keyfiyyətin təminatı şöbəsinin müdiri və EQAC layihəsinin universitet üzrə meneceri Asiman İlyasov, Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Gülnaz Hüseynova, Jalə Həmzəyeva, Xarici dillər kafedrasının müəllimləri Rəna Abbasova və Turanə Məmmədova təmsil edir.

62 dəfə oxunub