CRENG komandası üçün növbəti seminar təşkil olunub

Azərbaycan Texnologiya Universitetinin (UTECA) "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi” (CRENG)" layihəsinin iştirakçıları üçün növbəti seminar təşkil olunub. Layihə çərçivəsində 25.11-06.12/2019-cu il tarixlərində Polşanın Varşava Politexnik Universitetində təlimlərdə iştirak edən üç müəllim burada qazadıqları bilik və təcrübələri CRENG komandasının üzvü olan həmkarları ilə bölüşüblər.

Çıxışçılar bildirib ki, təlimlər zamanı onlara Polşanın Varşava Politexnik Universitetinin müəllimləri tərəfindən CRENG Erasmus+ KA2 layihəsinə daxil olan fənlər, onların tədrisi metodikası ilə bağlı məlumatlar verilib. Həmçinin, Dəmiryol nəqliyyatının təşkili, Şəhər nəqliyyatının təşkili laboratoriyalarinda analoji simulasiya proqramının tətbiqi ilə bağlı təlimlər keçilib. Sonda isə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Seminar zamanı təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb. Polşada təlimlərdə iştirak etmiş müəllimlər CRENG komandası üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırıblar.

59 dəfə oxunub